"Azərbaycan Sənaye Bankı" maliyyə vəziyyətini açıqlayıb

sosial sebeke

"Azərbaycan Sənaye Bankı" maliyyə vəziyyətini açıqlayıb"Azərbaycan Sənaye Bankı" ASC (ASB) bu ilin I yarısını 3,444 milyon manat xalis mənfəətlə başa vurub.

"MemurTv.az" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20,3 % çoxdur.

Yanvar-iyun aylarında ASB-nin gəlirləri 31,654 milyon manat (1 il əvvələ nisbətən 20,6 % çox), xərcləri 27,168 milyon manat (22 % çox), xüsusi ehtiyatlara ayırmaları 177 min manat (56,4 % az), mənfəət vergisi ödəmələri isə 864 min manat (20,7 % çox) təşkil edib.

Bu il iyulun 1-nə ASB-nin aktivləri 874,525 milyon manat olub ki, bu da illik müqayisədə 7,3 % çoxdur. Bunun 400,056 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 33,9 % böyüyüb.

Hesabat dövründə ASB-nin öhdəlikləri 7,5 % artaraq 742,54 milyon manat, o cümlədən depozit portfeli 4,7 % artaraq 513,626 milyon manat, balans kapitalı isə 6,3 % artaraq 131,984 milyon manat olub.

Xatırladaq ki, ASB 1996-cı ildə "Capital Investment Bank" adı ilə fəaliyyətə başlayıb, 2006-cı ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 60 milyon manatdır. Bankın səhmlərinin 98,4252%-i "Anadolu Investment Company" MMC-yə, 1%-i Leyla Goozal Kurta, 0,5748%-i isə "Azərbaycan Sənaye Lizinq" MMC-yə məxsusdur.

SON XƏBƏRLƏR