Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə və taxıl göndəriləcək

sosial sebeke

Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə və taxıl göndəriləcəkBu gün Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçiriləcək.

Bu barədə "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.

Bildirilib ki, söhbət 4 vaqon gübrə və 4 vaqon taxıldan gedir.

Vaqonların saat 11:00-da Biləcəri stansiyasından yola salınması gözlənilir.

Xatırladaq ki, bundan əvvəl mayın 4-də 10 vaqondan ibarət, çəkisi 678 ton olan gübrə Biləcəri stansiyasından Böyük Kəsik istiqamətində yola salınıb.

SON XƏBƏRLƏR