Prezident İlham Əliyevin təşəbbüsü ilə son 7 ildə qeyri-dövlət və qeyri-neft-qaz sektorunda çalışanlar üçün tətbiq edilmiş gəlir vergisi tətili effektiv olub.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Bakıda keçirilən "Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, sözügedən sektorlarda muzdlu işçilərin sayı 1 milyon nəfəri keçib, əhalinin məşğulluğu nəzərəçarpacaq dərəcədə rəsmiləşdirilib, işləyən insanların pensiya sisteminə cəlb edilməsi məsələsi demək olar ki, həll edilib.