Çin yanvar-sentyabr aylarında Rusiyadan neft idxalını 8,1% azaldıb
iqtisadiyyat
20-10-2025, 12:09
14
"Report" xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsi məlumat yayıb.
İdarənin elektron sistemində yenilənmiş statistikaya əsasən, göstərilən müddətdə Rusiya enerji resursunun təchizatının dəyəri 21% azalaraq 37,55 milyard dollar təşkil edib.
Aparıcı təchizatçılar reytinqində Rusiyadan sonra Səudiyyə Ərəbistanı gəlib: yanvar-sentyabr aylarında Çinə ixracatı ötən ilin səviyyəsində saxlanılıb (59,52 milyon ton). Daha sonra 51,23 milyon tonla Malayziya (4% artım), İraq (49,28 milyon ton), Braziliya (33,33 milyon ton) və Oman (26,22 milyon ton) gəlib.
