Azərbaycanda rəqəmsal sənəd dövriyyəsi alt sisteminə 1 000-dən çox şirkət qoşulub
iqtisadiyyat
4-09-2024, 11:23
107

"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov "Kağızsız Hökumət: rəqəmsallaşma və ətraf Mühitə Təsiri" tədbirdə deyib.
Onun sözlərinə görə, ay ərzində 500 mindən çox sənəd rəqəmsal emaldan keçir: “Bu isə hər il 2 min ağaca bərabərdir. Bu da bizim ekoloji vəziyyətə verdiyimiz töhfədir. Rəqəmsal sənəd dövriyyəsi çox vacibdir. Rəqəmsal dövriyyə sənədləri təhlükəsizdir və eyni zamanda kağızdan istifadənin azaldır”.