Cənubi Koreya və Səudiyyə Ərəbistanı 15,6 milyard dollarlıq sənədlər imzalayacaqlar
iqtisadiyyat
23-10-2023, 09:25
302

Bu barədə Cənubi Koreya liderinin ofisinə istinadən məlumat yayılıb.
Oktyabrın 23-də investisiya forumu və ölkələr arasında tikinti sahəsində əməkdaşlığın 50 illiyi mərasimi zamanı memorandumlar imzalanacaq. Sənədlər müxtəlif sənaye sahələrini, o cümlədən neft ticarəti, hidrogen enerjisi və qida sahələrini əhatə edir.
Xatırladaq ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsinin 2022-ci ildə Koreya Respublikasına səfəri zamanı tərəflər arasında 29 milyard dollarlıq memorandum imzalanıb.