“Azeri Light” nefti cüzi ucuzlaşıb » Memur.az

“Azeri Light” nefti cüzi ucuzlaşıb

“Azeri Light” nefti cüzi ucuzlaşıbDünya bazarında “Azeri Light” (CIF) markalı neft ucuzlaşıb.

Oxu.Az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,15 ABŞ dolları və ya 0,18% azalaraq, 85,19 dollar olub.

Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.