Ceki Çan Paralimpiya Oyunlarının açılışında iştirak edəcək
idman
26-08-2024, 08:50
111
“Report” xəbər verir ki, bu barədə BFMTV kanalı oyunların təşkilat komitəsinə istinadən məlumat yayıb.
Aktyor, Paralimpiya məşəli estafetinin iştirakçıları arasında olacaq. Belə ki, Çan estafeti Fransa paytaxtının Üçüncü Dairəsinin Vieille-Temple küçəsində yerli vaxtla saat 17:27-də (Bakı vaxtı ilə 19:27) qəbul edəcək. Parisdə Paralimpiya Oyunları avqustun 28-dən sentyabrın 8-dək keçiriləcək.
