Azərbaycanın iki taekvondoçusu Bakıdakı dünya çempionatında mübarizəyə başlayır » Memur.az

Azərbaycanın iki taekvondoçusu Bakıdakı dünya çempionatında mübarizəyə başlayır

Azərbaycanın iki taekvondoçusu Bakıdakı dünya çempionatında mübarizəyə başlayırBakıda keçirilən taekvondo üzrə dünya çempionatı davam edir.

Oxu.Az xəbər verir ki, bu gün daha iki idmançımız mübarizəyə başlayacaq.

58 kq çəki dərəcəsində çıxış edən Qaşım Maqomedov 1/32 finalda Kay Çenq (Çin) - Denis Bllaca (Kosovo) cütünün qalibi ilə üz-üzə gələcək.

Qadınların yarışında 67 kq-dakı Fəridə Əzizova 1/16 finalda Kristina Teaçot (ABŞ) - Justina Koşalkovska (Polşa) duelinin güclüsü ilə görüşəcək.Qeyd edək ki, ilk gündə Cavad Ağayev (68 kq) medal qazana bilməyib.

Dünya çempionatı iyunun 4-də başa çatacaq.