Bazar günü Meksikanın cənubundakı Oaxaka ştatının Puerto-Eskondido şəhəri yaxınlığında 5,7 bal gücündə zəlzələ baş verib.
"Report" xəbər verir ki, bu barədə "Reuters" Meksikanın Milli Seysmoloji Xidmətinə istinadən məlumat yayıb.
Mexiko şəhərinin seysmik xəbərdarlıq sistemi işə salınıb, lakin paytaxtda heç bir təkan hiss olunmayıb.