Çində qatar insanlara çırpılıb, ən azı 11 nəfər ölüb
hadise
27-11-2025, 09:31
11
"Report"un yerli mediaya istinadən məlumatına görə, bu barədə Kunmin dəmiryol idarəsinin bəyanatında deyilir.
Hadisə səhər saatlarında Loyancjen stansiyasında dəmiryol xətlərində baş verib, qatar əyrilikdən keçərkən tikinti işçiləri qrupuna çırpılıb.
Müstəntiqlər hadisənin təfərrüatlarını dəqiqləşdirir. Yaralılar xəstəxanaya çatdırılıb. Stansiyadakı nəqliyyat əlaqəsi bərpa edilib. Dəmiryol idarəsi bildirib ki, təqsirkarlar qanuna uyğun olaraq məsuliyyətə cəlb olunacaqlar.
