İndoneziyada torpaq sürüşmələri nəticəsində 30 nəfər ölüb, 40 nəfər itkin düşüb
hadise
Dünən, 10:10
5
"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi ölkənin Təbii Fəlakətlərin Nəticələrinin Yüngülləşdirilməsi üzrə Agentliyinin nümayəndəsi Abdul Muhariyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, onlarla evə ziyan dəyib, 900-dən çox sakin təxliyə edilib. Xilasetmə işləri davam edir.
Güclü yağışların səbəb olduğu torpaq sürüşmələri ötən həftənin sonunda Çilakap şəhəri və Bancarneqara rayonunda baş verib.
