Venesuelada 6,2 maqnitudada zəlzələ olub » Memur.az

Venesuelada 6,2 maqnitudada zəlzələ olub

Venesuelada 6,2 maqnitudada zəlzələ olubVenesuelanın qərbində 6,2 maqnitudada zəlzələ baş verib.

"Report"un məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər yayıb.

Zəlzələnin episentri 244 min insanın yaşadığı Valera şəhərindən 68 km şimal-qərbdə, ocağı 8 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.