Nepalın hökumət sarayı yanğın nəticəsində tamamilə dağılıb » Memur.az

Nepalın hökumət sarayı yanğın nəticəsində tamamilə dağılıb

Nepalın hökumət sarayı yanğın nəticəsində tamamilə dağılıbNepalda "Sheetal Niwas" hökumət sarayı yanğın nəticəsində tamamilə məhv olub.

"Report" xəbər verir ki, binada baş ofis və idarələr, o cümlədən ölkənin baş nazirinin kabinetləri yerləşib.

Qeyd olunub ki, yanğınsöndürmə briqadaları alovu söndürməyə belə gəlməyiblər.

"Sheetal Niwas" Asiyanın ən böyük saraylarından biri hesab olunur.

Nepalda hökumətin Facebook, X və YouTube daxil olmaqla 26 sosial media platformasını bloklamaq qərarına görə iki gündür kütləvi etirazlar keçirilir.