Ağdamda 35 yaşlı kişi dəm qazından boğularaq ölüb
hadise
14-04-2025, 10:14
10

"Report"un Qarabağ bürosu xəbər verir ki, hadisə Birinci Dördyol qəsəbəsində qeydə alınıb.
Belə ki, həmin qəsəbədə yaşayan, Kəlbəcər rayonunun Zülfüqarlı kənd sakini, 1990-cı il təvəllüdlü Niyaməddin Nizami oğlu Bayramov evdə dəm qazından zəhərlənərək həyatını itirib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.