Azərbaycan – İran sərhədində növbəti dəfə zəlzələ olub
hadise
7-01-2025, 09:26
54

“Report” xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Yardımlı stansiyasından 16 km şimalda, Azərbaycanla-İran sərhəddində (İran ərazisində) zəlzələ qeydə alınıb. Zəlzələ Yardımlı, Cəlilabad rayonlarında 3 baldan artıq hiss olunub.
Xatırladaq ki, daha əvvəl eyni ərazidə zəlzələ qeydə alınmışdı.