Şəkidə yetkinlik yaşına çatmayan şəxs qətl törədib
hadise
26-10-2023, 09:13
220

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Araşdırmalarla yetkinlik yaşına çatmayan Samir Babayevin (şərti) Şəki şəhəri, Xan sarayının yaxınlığında Tehran Mustafayevə kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, Samir Babayev şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.