Bakıda polisin xidməti avtomobilində alışma baş verib » Memur.az

Bakıda polisin xidməti avtomobilində alışma baş verib

Bakıda polisin xidməti avtomobilində alışma baş veribPolisin xidməti avtomobilində alışma baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib ki, paytaxtın Yasamal rayonunda duracaqda olan post-patrul avtomobilində alışma baş verib. 

Görülən tədbirlər nəticəsində yanğın söndürülüb. İlkin məlumata görə alışma mühərrik hissədə qısaqapanmadan baş verib. 

Hadisə nəticəsində xəsarət alan olmayıb. 

Faktla bağlı araşdırma aparılır.