Füzulidə 72 yaşlı kişini avtomobil vuraraq öldürüb
hadise
22-06-2023, 09:33
242

APA xəbər verir ki, Sahibli Toğrul Fəzail oğlu idarə etdiyi “Mitsubishi L200” markalı avtomobillə 3 saylı Qayıdış qəsəbəsi ərazisində hərəkətdə olarkən həmin yolu keçmək istəyən 1951-ci il təvəllüdlü Fazil Famil oğlu Nəcəfovu vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.