Bakıda yaşlı kişini avtomobil vurub
hadise
13-02-2023, 12:43
257

APA xəbər verir ki, hadisə metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında qeydə alınıb.
Belə ki, 1969-cu il təvəllüdlü Məmmədov Maqsud Fazil oğlu yolu keçərkən onu kiçiktutumlu yük maşını vurub.
Yaralı ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktı Xətai Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.