İranın "Xatəm əl-Ənbiya" Hərbi Komandanlığının mərkəzi qərargahı ABŞ-nin son hücumları və İslam Respublikasının cavab zərbələri barədə bəyanatla çıxış edib.
"Report" xəbər verir ki, bu barədə IRIB məlumat yayıb.
"Amerika və onu dəstəkləyən ölkələr bilməlidirlər ki, İran əvvəllər olduğu kimi, hər hansı bir hücuma tərəddüd etmədən güclü və sarsıdıcı cavab verəcək", - bəyanatda qeyd olunub.
Bildirilib ki, ABŞ ordusu atəşkəsi pozaraq İranın Cask bölgəsindəki sahil sularından Hörmüz boğazı istiqamətində hərəkət edən neft tankerinə, eləcə də BƏƏ-nin Fuceyra limanı qarşısında digər bir gəmiyə hücum edib:
"Eyni zamanda, regionun bəzi ölkələrinin köməyi ilə Xəmir, Sirik limanlarının və Keşm adasının sahillərindəki mülki ərazilərə hava hücumları həyata keçirilib.
İran Silahlı Qüvvələri dərhal cavab olaraq Hörmüz boğazının şərq hissəsində və Çabahar limanından cənubda ABŞ hərbi gəmilərinə hücum edərək ciddi ziyan vurub".