İranın xarici işlər naziri Abbas Əraqçi "Dena" freqatının batmasına görə ABŞ-ni sərt şəkildə ittiham edib.
Teleqraf xəbər verir ki, bu barədə diplomat özünün "X" hesabında paylaşım edib.
Nazirin sözlərinə görə, ABŞ İran sahillərindən təxminən 2000 mil uzaqlıqda, dənizdə yeni bir fəlakətə səbəb olub:
"Hindistan Hərbi Dəniz Qüvvələrinin qonağı olan və göyərtəsində təxminən 130 heyət üzvü daşıyan "Dena" freqatı beynəlxalq sularda əvvəlcədən xəbərdarlıq edilmədən hədəfə alınıb".
A.Əraqçi Vaşinqtonun bu hərəkətinin beynəlxalq hüquq müstəvisində təhlükəli bir presedent yaratdığını vurğulayıb:
“ABŞ-nin bu addımı gələcəkdə təhlükəli nümunə yarada bilər və Vaşinqton bunun nəticələrinə görə peşman olacaq”.