• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya

Xocalı soyqırımının 34-cü ildönümü: Cəzalandırma prosesi və sülh təşəbbüsləri - ŞƏRH

Dünya

25-02-2026, 16:39

Xocalı soyqırımının 34-cü ildönümü: Cəzalandırma prosesi və sülh təşəbbüsləri - ŞƏRHXocalı soyqırımından 34 il keçir. Bu, həm də Azərbaycan torpaqlarında Ermənistanın, ermənilərin və havadarlarının törətdikləri qətliamların ümumiləşdirilmiş faciəvi rəmzidir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə törədilən bu cinayət nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və yaşlı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Onlardan 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

O vaxt Xocalı sakinlərinin əksəriyyəti Xankəndidə saxlanılırdı. Onda separatçı-xunta rejimi Xocalının dinc əhalisini, o cümlədən qadınları girov kimi saxlayırdı. Girovların saxlanma şəraiti kəskin dərəcədə qeyri-qənaətbəxş idi, onların çoxuna qarşı zorakılıq tətbiq edilmişdi. Onda Xocalı sakinləri mülkiyyətlərindən məhrum edilmiş, əmlakları Xankəndidə və ətraf məntəqələrdəki ermənilər tərəfindən mənimsənilmişdi.

Deməli, xocalılılar təkcə öz şəhərlərində deyil, Xankəndidə də erməni barbarlığı ilə üzləşiblər. Ermənilər və Ermənistan azərbaycanlıların canlarına deyil, mallarına da qəsd ediblər. Qərbi Azərbaycandan tutmuş, Güney Azərbaycan, Qarabağ və ətraf rayonlarda azərbaycanlılar eyni faciə ilə üzləşiblər.

Rusiya, Fransa və başqa güclərin yüz ildən artıqdır, ermənilər üçün yaratdıqları şərait, etdikləri yardımlar səbəbindən onlar bu cinayətləri törədiblər. Ancaq 2026-cı il fevralın 5-dək heç kim törətdiyi cinayət əməlinə görə cəzalanmamışdı. Fevralın 5-də Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı sülh və insanlıq əleyhinə müxtəlif cinayətlərin törədilməsində iştirak etmiş şəxslər barəsində Bakıda hökm oxunub. Ötən il yanvar ayının 17-də başlamış və bir ildən çox davam edən məhkəmə prosesində Harutyunyan Arayik, Qukasyan Arkadi, Sahakyan Bako, İşxanyan Davit, Manukyan David, Babayan David, Mnatsakanyan Levon, Beqlaryan Vasili, Qazaryan Eriki, Allahverdiyan Davit, Stepanyan Qurgen, Balayan Levon, Babayan Madat, Martirosyan Qarik, Paşayan Melikset ömürlük və ya 20 ilə qədər azadlıqdan məhrum olunublar.Fevralın 17-də isə Azərbaycana və vətəndaşlarına qarşı törətdiyi əməllərə görə Ermənistan vətəndaşı Ruben Vardanyan da cəzalanıb. O, sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və başqa ağır cinayətlərdə təqsirləndirilərək qəti olaraq 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

İbtidai istintaqdan bir nümunə; M.Babayan ifadəsində qeyd edib ki, fevralın 24-də Arkadi Şirinyan həmin vaxt 3 bölüyün qarşısında çıxış edərək növbəti gün, yəni, 1992-ci il fevralın 25-də gecə radələrində hücuma keçərək Xocalıda yaşayan azərbaycanlı dinc əhaliyə qarşı qətliam törədəcəklərini bildirib. Onlar komandir Arkadi Şirinyanın əmrinə uyğun olaraq hazırlıq görməyə başlayıblar.

Hücuma keçməzdən əvvəl Xocalı şəhəri Xankəndi istiqamətində olan yüksək dağlıq ərazidə yerləşən artilleriya və reaktiv yaylım atəş sistemlərinin yerləşdiyi mövqelərdən top, minaatan və digər təyinatlı mərmilərlə aramsız atəşə tutulub. Təxminən 30-40 dəqiqə davam edən aramsız artilleriya, minaatan və "BM-21-QRAD" sistemlərinin atəşlərindən sonra onlar fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinə daxil olublar. Şəhərə daxil olduqdan sonra hər iki tərəfdən avtomat, pulemyot, qumbaraatanlardan istifadə edilməklə Xocalıda qarşılarına çıxan dinc əhaliyə atəş açmağa, evləri yandırmağa başlayıblar. Bəzi sakinlər ayaqları yalın, qucaqlarında körpə uşaqlarla birlikdə Xocalı şəhərinin yaxınlığındakı Qarqar çayını keçərək dağlara doğru və Ağdam rayonunun Şelli kəndi istiqamətində qaçıblar. Dinc sakinlər qaçarkən əvvəlcədən şəhərin ətrafında postlar qurmuş Ermənistan silahlı qüvvələrinin digər hərbçiləri tərəfindən güllələnib.

M.Babayan da həmin vaxt əmrə əsasən qadın, kişi, qoca, yaşlı demədən avtomatla hamıya aramsız atəş açıb. Arkadi Şirinyan və digər komandirlər əmr ediblər ki, orada xüsusi vəhşiliklər törədilsin. Ümumiyyətlə, Xocalı şəhəri uzun müddət mühasirədə olduğundan sakinlər şəhərdən çıxa bilməyib, hücum zamanı çox az sayda insan oradan çıxaraq xilas ola bilib.Fevralın 26-da səhər saat 10 radələrində onlar şəhərdə və dağlıq meşəlik ərazidə qırğınlar, talanlar törətdikdən sonra "polkovnik" Arkadi Şirinyan atəşin dayandırılması barədə əmr verib. Həmin vaxt qar yağdığı üçün səhər radələrində yerdə olan qar bütövlükdə qana bulaşmış vəziyyətdə olub. Yüzlərlə dinc sakinin meyiti ətrafa səpələnmiş şəkildə torpağın üzərində qalıb. Onların arasında azyaşlı uşaqlar, cavan-yaşlı qadınlar, kişilər, qocalar olub. Meyitləri yığan zaman ərazidə yerə uzadılmış vəziyyətdə bir neçə yaralı şəxs aşkarlanıb. Meyitləri yığdıqdan sonra 3 ədəd "URAL" markalı yük avtomobili gəlib və onlar meyitləri həmin yük avtomobillərinə yığıblar. Həmin vaxt Vamik və Şirin uca səslə gülərək qışqırıblar: "Bunlar türkdür, türklərə qarşı həmişə belə olmalıyıq".

Ümumiyyətlə, qətliam zamanı Vamik Petrosyan və Şirin Şirinyan xüsusi qəddarlıqları ilə seçiliblər.

Təqsirləndirilən şəxs Xocalıda talanların 1992-ci il fevralın 26-dan martın 8-dək davam etdiyini bildirib.

Qondarma rejimin başçısı olmuş, məhkəmə prosesində təqsirləndirilən şəxs Arkadi Qukasyan 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı soyqırımı zamanı günahsız insanların məhz azərbaycanlı olduğuna görə sistemli şəkildə məhv edilməsi ilə bağlı suallara cavabında deyib: "Onda faciənin miqyasını bilmirdik. Biz bilirdik ki, Xankəndidə Xocalıdan gətirilmiş yüzlərlə azərbaycanlı var. Onlar da sonradan qarşı tərəfə təhvil verilmişdi".

O, dinc əhalinin qətlini pislədiyini də vurğulayıb: "Bu, qəbuledilməzdir, müharibənin qanlı səhifələrindən biridir".

Qeyd etdiklərimiz Azərbaycan ərazisində törətdikləri cinayətlərə görə cəzalananların bir qismidir. Gələcəkdə neçə-neçə belə məhkəmənin qurulacağı da istisna deyil. Çünki Xocalı soyqırımının başlıca təşkilatçıları Robert Koçaryan, Serj Sarqsyan, Seyran Ohanyan və başqaları hələ azadlıqdadır. Bu azmış kimi, onlar hələ də Azərbaycan torpaqlarına iddia edirlər.Bəhs etdiyimiz məhkəmə prosesləri Azərbaycana, ümumiyyətlə, istənilən ölkəyə qarşı ərazi iddiası ilə müxtəlif cinayət əməlləri törədənlər üçün bir dərsdir. 34 ildən sonra Azərbaycan torpaqlarında, o cümlədən Xocalıda soyqırımı törədənlərin cəzalanması həm də ilahi ədalətin öz yerini tapması kimi dəyərləndirilə bilər.

2024-cü il fevralın 26-da Azərbaycan Prezidenti İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoyub. Həmin vaxt Prezident rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə demişdi ki, 2020-ci ildə, həm keçən ilin sentyabr ayında aparılan hərbi əməliyyatlar bütün beynəlxalq humanitar hüquqa uyğun şəkildə olub və bunu hər kəs bilir, heç kim Azərbaycana irad tuta bilmir:

"Bu, bir daha xalqımızın böyüklüyünü göstərir. Halbuki hər birimizin ürəyində qisas hissi var, hər birimiz o qanlı tarixə qayıdanda, o dəhşətli video və fotosənədlərə baxanda bizi qəzəb boğur, 30 il yox, 300 il keçsə də, bu qəzəb bizi buraxmayacaq. Bu təbiidir, biz insanıq, ancaq eyni zamanda, biz böyük xalqın nümayəndələriyik. O xalqın ki, öz gücü ilə o əsarətdən çıxdı, o xalq ki, bir yumruq kimi birləşərək düşmənin belini qırdı, o düşmənin ki, onun arxasında o vaxt və bu gün böyük dövlətlər dayanır".

Dövlət başçısı Azərbaycanın "Xocalıya ədalət!" çağırışının cavabsız qaldığına işarə edərək demişdi: "Düzdür, 18 ölkə bizim səylərimizin nəticəsi olaraq bu qanlı faciəni soyqırımı kimi tanımışdır. Ancaq bu ölkələrin arasında böyük dövlətlərin adları yoxdur. Beynəlxalq təşkilatlar, onların bir çoxu bu faciəyə biganə qalmışdır".Prezidentin açıqlaması Azərbaycan torpaqların ermənilərin yüz ildən artıqdır, törətdikləri soyqırımın, cinayətlərin, o cümlədən Xocalı soyqırımının başlıca sponsorlarını, sifarişçilərinin ünvanını göstərib.

2024-cü il mayın 29-da Xocalı sakinləri ilk dəfə olaraq öz yurdlarına qayıtdı.

Azərbaycan düşməni, işğalçını yerində oturtmaq, cinayətkarları cəzalandırmaqla yanaşı, sülh danışıqlarının, əməkdaşlığın təşəbbüskarıdır. Bu da onun böyük bir millətin davamçısı olduğunun göstəricisidir. Ermənistanın və ermənilərin cinayətkarı məhkəmə salonunda, sülh istəyəni isə danışıqlar masasında oturur. Xocalı və başqa faciələr isə unudulmur. Çünki Azərbaycan haqlı tərəfdir.

Paylaş:
Digər xəbərlər

Sosial

4-09-2025, 12:01

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət ...

Müsahibə

27-08-2025, 12:24

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə veri ...

Hadisə

12-05-2025, 14:45

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət ...

Siyasət

10-04-2025, 10:10

Bakıda Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" ...

Müsahibə

3-04-2025, 11:01

Səbinə Əliyeva: Mina problemi fundamental insan hüquqlarının kobudcasına po ...

Dünya

25-02-2025, 17:45

Azərbaycandakı dini konfessiyaların rəhbərləri Xocalı soyqırımı ilə bağlı d ...

Sosial

6-02-2025, 08:41

Hərbi cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəmə prosesi ...

Dünya

28-02-2024, 10:30

Ermənilərin təxribatı ilə törədilən Sumqayıt hadisələrindən 36 il ötür

Siyasət

10-05-2023, 09:44

Ümummilli lider Heydər Əliyev - dövlətə və xalqa xidmətin ali meyarını yara ...

Hadisə
Bakıda evdə yanğın olub, mənzil sahibinin meyiti aşkarlanıb
Bakıda silahlı İNSİDENT: Ölən və yaralanan VAR
SON DƏQİQƏ: Türkiyəyə məxsus neft tankeri DRONLA VURULDU
Sumqayıt şəhərində tonqalda baş berən partlayış zamanı xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB-3
TƏCİLİ! Xəzər dənizindəki İran gəmiləri vuruldu
ABŞ-nin “Cerald R. Ford” aviadaşıyıcısı yanğın səbəbindən Kritə qayıdır
Cəmiyyət
19-04-2026, 14:40
Sabah Bakıya yağış, bəzi rayonlara qar yağacaq, dolu düşəcək
18-04-2026, 09:45
Bu gündən Kürdəmir dəmiryol stansiyası istifadəyə verilib
16-04-2026, 09:09
Bu gün Maştağa və Ramanada işıq kəsiləcək
15-04-2026, 09:33
Xəzər dənizində zəlzələ olub
14-04-2026, 15:41
Pirşağıda kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğunun inşası üzrə vəziyyət açıqlanıb
13-04-2026, 09:34
Xəzər dənizində 3.2 maqnitudalı zəlzələ olub - YENİLƏNİB-2
Son xəbərlər
  • Dünən, 11:19
    İqtisadiyyat naziri: "7 illik gəlir vergisi tətili effektiv olub"
  • Dünən, 10:59
    Azərbaycan və BƏƏ arasında Hərtərəfli Strateji Tərəfdaşlıq üzrə Əməkdaşlıq Komitəsinin iclası keçirilib
  • Dünən, 10:58
    Azərbaycan məhkəmələrində monitorinqin aparılması qaydaları təsdiqlənib
  • Dünən, 10:57
    Azərbaycan və Serbiya konsulluq məsləhətləşməsi keçirib
  • Dünən, 10:56
    "Zəyəm Texnologiyalar Parkı"nın səhmdarlarının yığıncağı keçiriləcək
  • Dünən, 10:55
    "Prezident Kuboku 2026": Bu gün Suqovuşanda ilk mükafatçılar müəyyənləşəcək
  • Dünən, 10:53
    "Hizbullah" Livanda İsrailin "Hermes 900" PUA-sını vurub
  • Dünən, 10:50
    Bakıda evdə yanğın olub, mənzil sahibinin meyiti aşkarlanıb
  • 28-04-2026, 16:45
    Qəbələ–Oğuz meşələrində dəssiz faciə: Təbiətə qarşı amansızlıq dayandırılmalıdır
  • 28-04-2026, 11:01
    Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə Xan məscidini ziyarət ediblər
  • 28-04-2026, 10:59
    Heydər Əliyevin dövlət idarəçiliyi göstərdi ki, dövlət müstəqilliyinin təməli hüquq və ədalətdir-Subut Mehdiyev yazır
  • 28-04-2026, 10:51
    Bu gün görkəmli oftalmoloq alim Zərifə Əliyevanın doğum günüdür
  • 28-04-2026, 10:43
    Çexiyanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb
  • 27-04-2026, 11:44
    Qəbələdə Çexiyanın Baş naziri Andrey Babişin rəsmi qarşılanma mərasimi olub
  • 27-04-2026, 11:40
    Milli Məclis MSK-nın yeni tərkibini təsdiqləyib
  • 27-04-2026, 11:36
    İlham Əliyev Cənubi Afrika Respublikasının prezidentini təbrik edib
  • 27-04-2026, 10:50
    Azərbaycan XİN Niderland Krallığını təbrik edib
  • 27-04-2026, 10:49
    Amnistiya aktının icrası başa çatıb, 22 935 şəxsə şamil edilib
  • 27-04-2026, 10:47
    Andrey Babiş Azərbaycanda Çexiyaya təbii qaz tədarükünü müzakirə edəcək
  • 27-04-2026, 10:46
    Sərbəst güləş üzrə Azərbaycan millisi altıncı dəfə Avropa çempionu olub
  • 26-04-2026, 10:59
    Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyənlər bu gün imtahan verəcək
  • 26-04-2026, 10:55
    Prezident İlham Əliyev: Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyində baş verən atışma məni dərindən sarsıdıb
  • 25-04-2026, 11:26
    “Mən burada doğulmuşam, burada yaşayıram” - Tankla tarix yazan qəhrəman Albert
  • 25-04-2026, 11:15
    Azərbaycan TDT nəqliyyat nazirlərinin 9-cu iclasında təmsil olunub
  • 25-04-2026, 11:12
    Azərbaycan və Özbəkistan yeni istehsalat layihələrinin işə salınmasını müzakirə ediblər
  • 25-04-2026, 11:10
    Azərbaycan və Monteneqro bu il birbaşa çarter reyslərinin işə salınmasını müzakirə ediblər
  • 25-04-2026, 08:42
    Türkiyədə məktəblərdə baş verən cinayətlər fonunda Təhsil Nazirliyində kadr dəyişikliyi olub
  • 24-04-2026, 14:49
    Hərbi Prokurorluq və Milli Müdafiə Universiteti arasında memorandum imzalanıb
  • 24-04-2026, 14:48
    Rəşad Nəbiyev Kəlbəcərdə vətəndaşları qəbul edib
  • 24-04-2026, 14:47
    Samir Şərifov Qazaxıstanla ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın sədri olub
  • 24-04-2026, 14:46
    Azərbaycan ilə Çexiya Müdafiə nazirlikləri arasında "İkitərəfli hərbi əməkdaşlıq planı" imzalanıb
  • 24-04-2026, 11:52
    Siyavuş Novruzov: Azərbaycanda bəzi hallarda süni intellektdən yanlış istifadə edilir
  • 24-04-2026, 11:52
    Hicran Hüseynova: Süni intellektin sürətlə yayılması əqli mülkiyyətlə bağlı suallar yaradır
  • 24-04-2026, 11:14
    Milli Məclisin növbəti iclasının gündəliyinə 11 məsələ daxil edilib
  • 24-04-2026, 11:09
    Maka Boçorişvili: Gürcüstanın Avropaya inteqrasiya kursu tarixi seçimdir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Amil Əliyev
  • Tel: (+99450) 227 24 22
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
Müəllif hüquqları qorunur. Memur.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Yükləmə gedir gözləyin...