Avropa Parlamenti çərşənbə axşamı günü Aİ-də 2050-ci ilə qədər iqlim neytrallığına nail olmaq üçün istixana qazı tullantılarının 1990-cı il səviyyəsi ilə müqayisədə 2040-cı ilə qədər 90% azaldılmasına səs verib.
"Report" xəbər verir ki, bu barədə AP-nin rəsmi məlumatında deyilir.
AP deputatları Strasburqdakı plenar sessiyada Aİ-nin İqlim Qanununa düzəlişlər barədə Aİ Şurası ilə siyasi razılaşmanı təsdiqləyiblər.
Yenidən işlənmiş iqlim qanununa Aİ-nin strateji maraqlarına zidd olan layihələrin maliyyələşdirilməsinin qarşısını alan zəmanətlər daxil edilib.
AP tərəfindən qəbul edilmiş qanunvericilik mətni Aİ Şurası tərəfindən təsdiqlənərək "Avropa İttifaqının Rəsmi Jurnalı"nda dərc olunduqdan 20 gün sonra qüvvəyə minəcək.