Çin maraqlarını qorumaq üçün ABŞ-yə qarşı cavab tədbirləri görəcək
dunya
4-03-2025, 11:20
44

"Report"un xəbərinə görə, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyinin məlumatında deyilir.
"Çin kəskin narazılığını və qəti etirazını bildirir, hüquq və maraqlarını qətiyyətlə qorumaq üçün cavab tədbirləri görəcək", - nazirlik vurğulayıb.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Pekinin sintetik opioid fentanilin ABŞ-yə qaçaqmalçılıq yolu ilə gətirilməsi ilə mübarizə üçün kifayət qədər tədbirlər görmədiyinə görə Çin idxalına rüsumların 10 %-dən 20 %-ə yüksəldilməsi haqqında sərəncam imzalayıb. Eyni zamanda, Ağ Evin sahibi Çinin qadağanedici gömrük rüsumlarının tətbiqinə radikal reaksiya verməyəcəyi barədə fikir bildirib.