Türkiyə ordusu İraqın şimalında şəhid verdi: Bölgədə əməliyyat davam edir » Memur.az

Türkiyə ordusu İraqın şimalında şəhid verdi: Bölgədə əməliyyat davam edir

Türkiyə ordusu İraqın şimalında şəhid verdi: Bölgədə əməliyyat davam edirİraqın şimalında – “Pəncə-Kilid” əməliyyatı zonasında Türkiyə hərbçilərinə hücum nəticəsində iki hərbçi şəhid olub, iki nəfər yaralanıb.

Bu barədə ölkənin Milli Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

“Pəncə-Kilid” əməliyyatı bölgəsində separatçı terror təşkilatının üzvləri tərəfindən törədilən hücum nəticəsində silahdaşlarımız baş çavuş Necdet Çalış və müddətdən artıq xidmət edən hərbi qulluqçu əsgər Emrah Gündür şəhid olub, iki qəhrəman silahdaşımız yaralanıb və dərhal xəstəxanaya göndəriliblər”, - hərbi qurum açıqlayıb.
Milli Müdafiə Nazirliyi vurğulayıb ki, bölgədə əməliyyat davam edir.