• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya

Gürcüstan QHT-lərindən ermənilərə cavab: Azərbaycanın tələbi tam haqlıdır

Dünya

7-08-2023, 09:13

Gürcüstan QHT-lərindən ermənilərə cavab: Azərbaycanın tələbi tam haqlıdırGürcüstanda fəaliyyət göstərən bir sıra sülhsevər qeyri-hökumət təşkilatları (QHT) erməni yönümlü QHT-lərin pozucu, qeyri sabitliyə və cəmiyyətdə çaşqınlıq yaradan bəyanatlarına cavab veriblər.

AZƏRTAC xəbər verir ki, regionda sülhün və sabitliyin tərəfdarı olan QHT-lər hesab edirlər ki, regionda uzunmüddətli sülh üçün aqressiv separatizmi təşviq edən və ajiotaj yaradan addımlar deyil, qanunun aliliyinin təmin edilməsinə, Ermənistan və Azərbaycan arasında danışıqların gündəliyinin həyata keçirilməsinə yönələn addımlar atılmalıdır.

Həmçinin onların bəyanatında deyilir:

“Çox təəssüf ki, Gürcüstanda fəaliyyət göstərən bir neçə qeyri-hökumət təşkilatları son günlərdə Gürcüstanın xəbər məkanında guya Azərbaycanın qəsdən “humanitar böhran” və Qarabağ ermənilərinin “blokadada” saxlaması ilə bağlı müxtəlif hesabatlar və məlumatlar yayırlar. Həmin məlumatlarda Qarabağda “yemək çatışmazlığına görə itlərin küçəyə atılması kimi cəfəng fikirlər əksini tapıb. Lakin bütün bunlar heç bir reallığı və həqiqəti əks etdirmir”.

Vurğulanır ki, fransız soyadlı etnik erməninin soyqırımı cinayətinin qarşısının alınması haqqında Konvensiyanı xatırlaması və bunun əsasında bəzi QHT-lərin yalnız bir tərəfin yaydığı rəvayət əsasında bəyanatla çıxış etməsi bütün etik normalara beynəlxalq hüququn prinsiplərinə tam ziddir.

Sənəddə deyilir ki, heç kimə sirr deyil ki, Gürcüstan, Azərbaycan və Ermənistanın mehriban qonşusu kimi onların arasında tezliklə sülh müqaviləsinin bağlanmasında maraqlıdır. Bu məqsədə nail olmaq əsaslı şəkildə daha müsbət atmosfer yaradacaq və Gürcüstanda münaqişələrin eyni universal əsasda - ərazi bütövlüyünün bərpası və insan hüquqlarının müdafiəsi nəzərə alınmaqla həlli üçün yaxşı stimul olacaq.

“Regionda sülhün pozulmasına xidmət edən QHT-lərin bəyanatlarından sonra, biz, bir sıra gürcü qeyri-hökumət təşkilatları 30 il həllini tapmayan münaqişə nəticəsində ciddi şəkildə zərər çəkmiş, münaqişənin bütün tərəflərinin əhalisinə həmrəyliyimizi və dəstəyimizi ifadə etmək istəyirik. 30 ildir kənardan güc alan, aqressiv separatizmdən doğan münaqişələrdən əziyyət çəkən Gürcüstandakı QHT-lərin üzvlərinin yaddaşı yaxşı olmalıdır. Onlar unutmamalıdırlar ki, istər Gürcüstanın işğal olunmuş regionlarında, istərsə də Azərbaycan ərazilərinin işğalı zamanı münaqişədən həmin rayonların sakinləri separatçılardan zərər çəkiblər. Hər hansı səbəbdən və ya səbəb olmadan xəyali “soyqırımı”ndan yazanlar üçün əsl soyqırımı 1992-ci ildə Qaqrada gürcülərə, Xocalıda azərbaycanlılara qarşı həyata keçirildiyini xatırlatmaq pis olmaz”, – deyə sənəddə vurğulanır.
Bəyanatı imzalayan QHT-lər Gürcüstanda yayılan birtərəfli rəvayətlərdə Azərbaycanın guya Ermənistandan Qarabağa gedən yolda sərhəd nəzarəti tətbiq etməklə beynəlxalq hüquq normalarını pozması barədə fikirlərə də münasibət bildiriblər. Onlar hesab edirlər ki, Azərbaycan tərəfinin haqlı olaraq qeyd etdiyi kimi, bütün sərhəd perimetri üzərində nəzarət dövlətin qeyd-şərtsiz preroqativ və suveren hüququdur. Sərhəd xəttindəki deşiklər, onun ərazisinə nəzarətsiz daxil olmaq isə bütün hüquq normalarının pozulmasıdır. Bu məsələ ilə bağlı fikir formalaşdırmaq üçün sizə Gürcüstanın “İşğal olunmuş ərazilər haqqında” qanununun 4-cü maddəsini yenidən oxumağı tövsiyə edə bilərik.

Ermənistan Azərbaycanın Laçın yolunda sərhəd-keçid məntəqəsi yaratmaq qərarının qanuniliyini Beynəlxalq Ədalət Məhkəməsində mübahisələndirməyə çalışıb və məhkəmənin 22 fevral 2023-cü il tarixli qərarının dəyişdirilməsini istəyib. Ermənistan, Azərbaycana “2023-cü il 23 aprelindən sonra, Laçın dəhlizi boyunca yerləşdirdiyi şəxsi heyəti çıxarmaq və sonrakı yerləşdirmədən çəkinmək” əmrinin verilməsini tələb edib. Lakin, bu ilin 6 iyul tarixli qərara əsasən, beynəlxalq məhkəmə Ermənistanın tələbini yekdilliklə rədd edib. Hüquqşünaslardan başqa nə isə gözləmək çətindir, çünki sərhədə nəzarət hüququ dövlətlər arasında münasibətlərdə əsas hüquqlardan biridir. Onun həyata keçirilməsi isə heç bir halda vətəndaşların hərəkət hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz.

“Biz dərindən əminik ki, Ermənistan tərəfinin bu ilin aprelin 23-dək törətdiyi qanun pozuntuları ilə bağlı Azərbaycanın arqumentləri də tamamilə adekvatdır. Belə ki, 2021-ci ildə, 2020-ci ilin payızında ikinci Qarabağ müharibəsi başa çatdıqdan sonra, humanitar dəhliz olaraq elan edilmiş Laçın yolu ilə silah-sursat, o cümlədən minaların daşınması həyata keçirilib. Nəticədə 2020-ci ilin noyabr ayından bu günədək ikisi jurnalist olmaqla 303 azərbaycanlı mina partlayışları nəticəsində həlak olub. Hesab edirik ki, Ermənistanın baş nazirinin özünün dəfələrlə Azərbaycanın tərkib hissəsi kimi tanıdığı Qarabağdan Ermənistan silahlı qüvvələrinin tam çıxarılmasının təmin edilməsi ilə bağlı Azərbaycanın tələbi tam haqlıdır. Düşünürük ki, bu məsələyə obyektiv və qərəzsiz yanaşan və onu anlamaq üçün ən azı minimum səy göstərən heç kəs şübhə etmir ki, əcnəbi hərbi qulluqçuların dövlət ərazisindən qanunsuz çıxarılması tələbləri, sərhəd nəzarəti təmin etmək tamamilə qanunidir. Hesab edirik ki, Gürcüstan cəmiyyəti Qarabağın erməni əhalisinin reinteqrasiyası baxımından Azərbaycanın uğurlu təcrübəsində maraqlı olmalıdır. Bunun üçün biz barışıq, reinteqrasiya və gələcək inkişaf məqsədlərini köhnəlmiş münaqişə ritorikasının xeyrinə torpeda edən birtərəfli təbliğat alətinə çevrilməzdən əvvəl düşünsək, daha yaxşı olardı”.

Qeyd edək ki, bəyanata Gürcüstan-Azərbaycan Münasibətlərinin İnkişafı Fondu, "Tatsreli" fondu, Gürcüstan - Qafqaz Strateji Araşdırmalar İnstitutu, Beynəlxalq Münasibətlər və Siyasi Elmlər Akademiyası, Qələbə - Tərəfdaşlıq Alyansı, Mülki Müdafiə Liqası və Gürcüstan Veteranlar Federasiyası təşkilatları imza atıblar.

Məlumat üçün bildirək ki, bundan öncə Gürcüstanda fəaliyyət göstərən bir neçə qeyri-hökumət təşkilatı "Qarabağın erməni sakinləri humanitar böhranla üzləşib" kimi bəyanat yayıb.

Paylaş:
Digər xəbərlər

Sosial

25-07-2023, 09:31

XİN: “Paşinyan bölgədə vəziyyətə dair növbəti dəfə heç bir əsası olmayan fi ...

Siyasət

5-06-2023, 09:44

Azərbaycan XİN Ermənistan Təhlükəsizlik Şurasının katibinə cavab verib

Siyasət

30-05-2023, 09:48

Azərbaycan XİN: “Ermənistanın əsassız bəyanatını rədd edirik”

Hadisə
Qazaxıstanın Nəqliyyat Nazirliyi AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir
Bakıda evdə yanğın olub, mənzil sahibinin meyiti aşkarlanıb
Bakıda silahlı İNSİDENT: Ölən və yaralanan VAR
SON DƏQİQƏ: Türkiyəyə məxsus neft tankeri DRONLA VURULDU
Sumqayıt şəhərində tonqalda baş berən partlayış zamanı xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB-3
TƏCİLİ! Xəzər dənizindəki İran gəmiləri vuruldu
Cəmiyyət
22-05-2026, 10:29
AZAL Naxçıvan reyslərini yenidən bərpa edib
21-05-2026, 11:52
DİM: Qabiliyyət imtahanlarına qeydiyyat başlanır
20-05-2026, 15:53
Bakıdan Tbilisiyə qatarla 81 manata getmək mümkün olacaq
15-05-2026, 10:14
Bakı metrosu WUF13 günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək
14-05-2026, 14:41
ADY Qurban bayramı ilə əlaqədar Gəncə–Mingəçevir-Gəncə reysi təşkil edir
13-05-2026, 10:33
Bazar günü keçiriləcək imtahanlarda sağlamlıq imkanları məhdud 42 şagird iştirak edəcək
Son xəbərlər
  • Bu gün, 12:43
    U-15 Avropa çempionatı: Azərbaycan güləşçilərinin medal sayı altıya çatıb
  • Bu gün, 12:41
    Azərbaycan səfiri Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin yeni rəhbəri ilə görüşüb
  • Dünən, 18:14
    Prezident: Azərbaycan urbisid və ekosidin nəticələrini aradan qaldıraraq Qarabağı yenidən qurur
  • Dünən, 18:12
    İlham Əliyev WUF13-ün bütün iştirakçılarını uğurlu və nəticəyönümlü tədbir münasibətilə təbrik edib
  • Dünən, 18:10
    Azərbaycanla Tacikistanın elm və təhsil sahəsində əməkdaşlığı müzakirə olunub
  • 22-05-2026, 15:11
    Mirziyoyev və Putin strateji tərəfdaşlıq məsələlərini müzakirə ediblər
  • 22-05-2026, 10:34
    Bahar Muradova: Azərbaycan qadınların şəhərsalma proseslərində iştirakını dəstəkləməyə hazırdır
  • 22-05-2026, 10:33
    Heydər Əliyev Mərkəzində perulu rəssamın fərdi sərgisinin açılışı olub
  • 22-05-2026, 10:32
    Mərkəzi Bank ilə "Deutsche Bank" arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
  • 22-05-2026, 10:31
    Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
  • 22-05-2026, 10:30
    Vüqar Süleymanov: Minatəmizləmə bərpa və yenidənqurmanın əsas təməlidir
  • 22-05-2026, 10:29
    ANAMA rəhbəri: Azad olunmuş ərazilərdə 270 min hektardan çox sahə minalardan təmizlənib
  • 22-05-2026, 10:29
    AZAL Naxçıvan reyslərini yenidən bərpa edib
  • 21-05-2026, 18:28
    VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI KƏLBƏCƏRƏ USTA KİMİ APRILIB ALDADILDI- “A-KOND 1” ŞİRKƏTİ ONLARIN PULLARINI VERMİR-İDDİA
  • 21-05-2026, 12:28
    Emilia Saiz: "Kollektiv liderlikdə işi faktiki görən insanlar çatışmır"
  • 21-05-2026, 12:24
    Ucar Rayon Mərkəzi Xəstəxanasında yeni Hemodializ şöbəsinin açılışı olub
  • 21-05-2026, 11:52
    DİM: Qabiliyyət imtahanlarına qeydiyyat başlanır
  • 21-05-2026, 11:52
    Yelena Şulyak: Ukraynadakı münaqişənin dörd ili ərzində mənzil fondunun 14 %-dən çoxu məhv edilib
  • 21-05-2026, 11:50
    Azərbaycan Səudiyyə Ərəbistanı ilə enerji sektorunda əməkdaşlığı genişləndirəcək
  • 21-05-2026, 11:50
    Nazir: "Fələstin Qəzzanın bərpası üçün Azərbaycanın təcrübəsindən istifadə etmək niyyətindədir" - EKSKLÜZİV
  • 21-05-2026, 11:49
    Emin Hüseynov: Bu il daha 30 min nəfərin doğma yurdlarına qayıtması əsas hədəfimizdir
  • 21-05-2026, 11:48
    Donald Tramp: Ərdoğan sərt adamdır
  • 21-05-2026, 11:47
    Macarıstanda Konstitusiya dəyişir: Baş nazir iki dəfə seçilə biləcək
  • 21-05-2026, 11:46
    Pezeşkian: İran müharibənin qarşısını almaq üçün bütün mümkün yolları araşdırıb
  • 21-05-2026, 11:27
    Ağdam şəhəri və Cəbrayılın Şükürbəyli kəndinin sakinləri mina təhlükəsizliyi ilə bağlı maarifləndiriliblər
  • 21-05-2026, 11:26
    "AzerGold" QSC-nin İdarə Heyətinin sədri ilə Esvatini Kralı arasında görüş keçirilib
  • 20-05-2026, 15:53
    Bakıdan Tbilisiyə qatarla 81 manata getmək mümkün olacaq
  • 20-05-2026, 13:05
    MEDİA-da D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi ilə ikitərəfli görüş keçirilib
  • 20-05-2026, 13:04
    Azərbaycanın stolüstü tennisçiləri Tacikistanda "Prezident Kuboku"nda iştirak edəcəklər
  • 20-05-2026, 13:03
    Şamil Ayrım: "Bir millət, iki dövlət" anlayışı ilə qardaşlığımızı gücləndirməyə davam edəcəyik
  • 20-05-2026, 13:03
    Mikayıl Cabbarov: "Qanunsuz tikililərə sadə amnistiyanın tətbiqi əlavə risklər yarada bilər"
  • 20-05-2026, 13:02
    Azərbaycan XİN Kamerunu Milli Günü münasibətilə təbrik edib
  • 20-05-2026, 13:02
    Putin və Si Cinpin strateji tərəfdaşlığın inkişafına dair birgə sənədlər imzalayıblar
  • 19-05-2026, 14:40
    İlham Əliyev Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədrini qəbul edib
  • 19-05-2026, 10:56
    Elçin Yusubov: Ağdam-Şuşa avtomobil yolunun tikintisi yekunlaşmaq üzrədir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Amil Əliyev
  • Tel: (+99450) 227 24 22
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
Müəllif hüquqları qorunur. Memur.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Yükləmə gedir gözləyin...