Bakı metrosu noyabrda 20 milyondan çox sərnişin daşıyıb
cemiyyet
4-12-2025, 09:24
37
Bu barədə "Report"a səhmdar cəmiyyətindən bildirilib.
Məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,93 % çoxdur.
Ötən ilin noyabrında Bakı metrosu ilə 19 milyon 539 min 229 sərnişin daşınmışdı.
Ötən ay NFC ilə ödəniş edərək daşınmış sərnişinlərin sayı 2 milyon 157 min 384 nəfər olub. NFC bütün ödənişli keçidlərin 11 %-ni təşkil edib.
