Sumqayıtda 1200 abonentin qazı kəsiləcək
cemiyyet
9-09-2025, 09:52
10

Bu barədə "Report"un yerli bürosuna "Azəriqaz" İB Sumqayıt QİS-dən məlumat verilib.
Qeyd edilib ki, sentyabrın 9-da saat 11:00-dan etibarən, balans qovşaqlarında aparılan yenidənqurma işləri və tənzimləyici şkafın ləğv edilməsi ilə əlaqədar Sumqayıt şəhərinin 15-ci və 36-cı məhəllələrində qaz təchizatında məhdudiyyətlər olacaq.
İşlər tamamlanana qədər ümumilikdə 1200 abonentin qaz təchizatı dayandırılacaq.