Azərbaycanda daha bir zəlzələ oldu - YENİLƏNİB » Memur.az

Azərbaycanda daha bir zəlzələ oldu - YENİLƏNİB

Azərbaycanda daha bir zəlzələ oldu - YENİLƏNİBXəzər dənizində zəlzələ qeydə alınıb.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 05:09-da, 3,4 maqnitudada qeydə alınıb.

Zəlzələ ocağı 56 kilometr dərinlikdə yerləşib.

Qeyd edək ki, yerli vaxtla saat 03:37-də Qobustanda da 3 maqnitudada zəlzələ qeydə alınıb. Zəlzələ ocağı 57 kilometr dərinlikdə yerləşib.

07:57
Qobustan rayonunda zəlzələ qeydə alınıb.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 03:37-də Qobustan stansiyasından 12 km cənubda 3 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 57 kilometr dərinlikdə yerləşib.

Təbiət hadisəsi hiss olunmayıb.