Vüsal Nəsirli Zaqatalada vətəndaşları qəbul edib

sosial sebeke

Vüsal Nəsirli Zaqatalada vətəndaşları qəbul edibAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) İdarə Heyətinin sədri Vüsal Nəsirli Zaqatalada vətəndaşları qəbul edib.

Bu barədə "MemurTv.az"a AAYDA-dan məlumat verilib.

V. Nəsirli Zaqatala, Balakən və Qax rayonlarının sakinləri ilə görüş keçirib.

Qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib.

Görüş zamanı isə vətəndaşların müraciətləri əsasən avtomobil yollarının vəziyyəti, yolların təmiri və yenidən qurulması, eləcə də məşğulluq məsələləri ilə bağlı olub.

Qaldırılan bütün məsələlər diqqətlə dinlənilib, onların operativ araşdırılması və həlli istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.

SON XƏBƏRLƏR