Ramin Məmmədov Şabranda vətəndaş qəbulu keçirəcək » Memur.az

Ramin Məmmədov Şabranda vətəndaş qəbulu keçirəcək

Ramin Məmmədov Şabranda vətəndaş qəbulu keçirəcəkDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Şabranda vətəndaş qəbulu keçirəcək.

Dini qurumdan "Report"a verilən məlumata görə, qəbul sentyabrın 15-də baş tutacaq.

Qəbulda Şabran, Xaçmaz, Quba, Qusar və Siyəzən rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər.

Dövlət Komitəsindən bildirilib ki, qəbul saat 11:00-da Şabran rayon Heydər Əliyev Mərkəzində (ünvan: Şabran şəhəri, Heydər Əliyev prospekti, 60 A) keçiriləcək.

Qeyd edilib ki, qəbula gəlmək istəyən vətəndaşlar Quba-Xaçmaz regional bölməsinə (050) 689 07 26, (023) 336 22 70, chairman@scara.gov.az, dk-quba@scara.gov.az) müraciət edə bilərlər.