Qazaxda sürücülük hüququ olmayan şəxs avtomobillə piyadanı vuraraq öldürüb
bolge
21-07-2025, 10:22
40
"Report" xəbər verir ki, 1982-ci il təvəllüdlü Nağıyev Nurlan Eldar oğlu sürücülük hüququ olmadan idarə etdiyi HM 777 ET Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobillə Qazax şəhəri istiqamətində hərəkətdə olarkən 1970-ci il təvəllüdlü piyada Eminov Müşfiq Əsgər oğlunu vurub.
Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.
