Azərbaycan Ordusunun mövqeləri Tovuzqala istiqamətindən atəşə tutulub

sosial sebeke

Azərbaycan Ordusunun mövqeləri Tovuzqala istiqamətindən atəşə tutulubErmənistan silahlı qüvvələrinin bölmələri aprelin 10-u saat 20:55-də Tovuzqala rayonunun Seyrək Meşə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

SON XƏBƏRLƏR