Gəncədə itkin düşən ana və üç oğlu tapıldı - YENİLƏNİB
bolge
20-12-2022, 10:45
331

Bu barədə Oxu.Az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.
Qeyd edilib ki, G. Mehdiyeva izahatında yaşadığı evi özü tərk etdiyini bildirib və sonuncunun ailəsinə də məlumat verilib. Hazırda həmin şəxslər barəsində axtarış işi dayandırılıb.
09:54
Gəncədə ana üç övladı ilə birlikdə itkin düşüb.
APA xəbər verir ki, Gəncə şəhər sakini, 1990-cı il təvəllüdlü Gülnar Mehdiyeva övladları - 2007-ci il təvəllüdlü Rauf Mehdiyev, 2014-cü il təvəllüdlü Ayxan Mehdiyev və 2011-ci il təvəllüdlü Ümid Mehdiyevlə birgə yaşadıqları evdən çıxıb naməlum istiqamətə gedib.
Faktla bağlı araşdırma aparılır.