ABŞ Senatı Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə minatəmizləmə və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi proqramlarına 265 milyon dollar ayrılmasını tövsiyə edib.


"Memurtv.az " xəbər verir ki, bu barədə ABŞ Senatının saytında dərc olunan 2027-ci maliyyə ili üçün Dövlət Departamentinin maliyyələşdirilməsi haqqında qanun layihəsinə dair izahat qeydində bildirilib.


Qeyd olunub ki, Senatın Təxsisatlar Komitəsi Anqola, Azərbaycan, Kamboca, Laos, Şri-Lanka, Ukrayna, Vyetnam, Zimbabve, eləcə də Sakit okean regionunun ada dövlətlərində adi silahların məhv edilməsi, minatəmizləmə və ərazilərin partlamamış hərbi sursatlardan təmizlənməsi proqramlarına azı 265 milyon dollar ayrılmasını tövsiyə edib.