ABŞ Azərbaycana minatəmizləmə işlərində yardım göstərə bilər

Dünən, 00:27

ABŞ Senatı Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə minatəmizləmə və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi proqramlarına 265 milyon dollar ayrılmasını tövsiyə edib.


"Memurtv.az " xəbər verir ki, bu barədə ABŞ Senatının saytında dərc olunan 2027-ci maliyyə ili üçün Dövlət Departamentinin maliyyələşdirilməsi haqqında qanun layihəsinə dair izahat qeydində bildirilib.


Qeyd olunub ki, Senatın Təxsisatlar Komitəsi Anqola, Azərbaycan, Kamboca, Laos, Şri-Lanka, Ukrayna, Vyetnam, Zimbabve, eləcə də Sakit okean regionunun ada dövlətlərində adi silahların məhv edilməsi, minatəmizləmə və ərazilərin partlamamış hərbi sursatlardan təmizlənməsi proqramlarına azı 265 milyon dollar ayrılmasını tövsiyə edib.

Mənbə: https://memurtv.az/sosial/20147-absh-azerbaycana-minatemizleme-ishlerinde-yardim-gostere-biler.html