Xavaca Asif: Pakistan Hindistanla birbaşa danışıqlar aparmır
Sosial
8-05-2025, 09:49
11

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif bildirib.
“Hazırda Hindistan tərəfi ilə heç bir birbaşa əlaqəmiz yoxdur, lakin düşünürəm ki, hər iki tərəflə yaxşı münasibətləri olan bəzi beynəlxalq güclər və ya ölkələr artıq vəziyyətin gərginliyini azaltmağa çalışırlar”, – Asif deyib.
Qeyd edək ki, mayın 6-da Hindistan Pakistan ərazisinə və Azad Kəşmir bölgəsinə raket zərbələri endirib. İslamabad hökuməti elan edib ki, Hindistan hücumları nəticəsində 6 mülki obyekt zərər görüb və 26 nəfər ölüb.