ABŞ Kanada, Çin və Meksikanın 1,5 trilyon dollarlıq mallarına rüsumlar tətbiq edir
Sosial
4-03-2025, 11:17
12

“Report” “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, illik ifadədə ümumi dəyəri təqribən 1,5 trilyon dollar olan idxal məhsullarına rüsum tətbiq olunacaq.
Qeyd olunur ki, 25 % dərəcəsi Kanadanın enerji məhsullarına təsir etməyəcək və 10 % rüsum tətbiq ediləcək. Amerika hakimiyyəti bütün bu tədbirləri Vaşinqtonun fikrincə, ABŞ-yə narkotiklərin və qanunsuz mühacirlərin qəbuledilməz axını ilə əlaqədar həyata keçirir.
2023-cü ildə ABŞ-nin Federal Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) ölkədə fentanilin həddindən artıq dozası nəticəsində ölüm nisbətinin 2016-cı ildən 2021-ci ilə qədər təxminən dörd dəfə artdığını bildirib. Mərkəz ABŞ-də hər il təxminən 100 000 amerikalının ölümünə səbəb olan kütləvi opioid epidemiyası ilə üzləşdiyini qeyd edib.