Zelenski Trampla danışıb
Sosial
7-11-2024, 09:13
55

“Report” xəbər verir ki, bu barədə ukraynalı siyasətçi sosial şəbəkədə yazıb.
“Prezident Donald Tramp ilə əla telefon danışığım olub, onu tarixi qələbəsi münasibətilə təbrik etdim – onun möhtəşəm kampaniyası bu nəticəni mümkün edib. Onun ailəsini və komandasını gözəl işlərinə görə təriflədim”, – Ukrayna lideri qeyd edib.
Tərəflər “sıx dialoqu davam etdirmək və əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər”.
“Güclü və sarsılmaz ABŞ liderliyi dünya və ədalətli sülh üçün həyati önəm daşıyır”, – Zelenski vurğulayıb.
Xatırladaq ki, daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Donald Tramp arasında telefon danışığı olmuşdu.