Özbəkistan Prezidenti Şuşada TDT-nin qeyri-rəsmi sammitində iştirak edəcək
Sosial
5-07-2024, 09:29
102

"Report" xəbər verir ki, bu barədə Ş.Mirziyoyevin mətbuat xidməti məlumat yayıb.
Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təşkil olunacaq sammitdə Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın dövlət başçıları iştirak edəcəklər. Tədbirdə müşahidəçi ölkələrin liderlərinin və TDT-nin Baş katibinin də iştirakı gözlənilir.
Sammitdən sonra Qarabağ Bəyannaməsinin, eləcə də bir sıra digər mühüm sənədlərin imzalanması gözlənilir. Sammitdən əvvəl TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.