İran şahının oğlu İsrailə səfər edəcək
Sosial
17-04-2023, 10:34
252

Bu barədə İsrail hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, Rza Pəhləvini İsrailin kəşfiyyat naziri Qila Qamliel qəbul edəcək.
Bildirilir ki, səfər çərçivəsində R.Pəhləvi bu il aprelin 17-dən 18-dək İsraildə qeyd olunan Avropa Yəhudilərinin Fəlakət və Qəhrəmanlıq Günü ilə bağlı rəsmi mərasimlərdə iştirak edəcək.
Mənbə: TASS