Tramp: Moskva Ukrayna ilə atəşkəslə bağlı müsbət siqnallar göndərir
siyaset
13-03-2025, 10:38
23

“Report” xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə rusiyalı həmkarı Vladimir Putinlə təmaslar barədə sualı belə cavablandırıb.
Tramp Moskvadan tez cavab gözlədiyini vurğulayıb: “Tezliklə öyrənəcəyik, müsbət mesajlar alıram, amma müsbət mesajlar heç nə demək deyil”.
ABŞ prezidenti qeyd edib ki, vəziyyət çox ciddidir və münaqişə Üçüncü dünya müharibəsinə səbəb ola bilər: “Bu vəziyyətə ABŞ-nin keçmiş prezidenti Co Baydenin səriştəsizliyi səbəb olub”.