İlham Əliyev: “Türkiyə şirkətləri azad olunmuş ərazilərdə yenidənqurma prosesində fəal iştirak edirlər”
siyaset
16-03-2023, 15:42
34

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə çıxışında deyib.
Azərbaycan Prezidenti bildirib ki, bu günə qədər Türkiyə şirkətləri ilə imzalanmış kontraktların dəyəri üç milyard ABŞ dollarından çoxdur. Dövlətimizin başçısı vurğulayıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azad edilmiş torpaqlara üç dəfə səfər edib, Şuşa, Füzuli, Zəngilan və Cəbrayılda olub.Prezident İlham Əliyev, həmçinin işğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən tikilən məktəbə və Qazaxıstan tərəfindən inşa olunan yaradıcılıq mərkəzinə görə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə minnətdarlığını bildirib.