Səfir: “İran şirkətləri işğaldan azad edilmiş ərazilərdə işə başlayacaqlar” - MÜSAHİBƏ » Memur.az

Səfir: “İran şirkətləri işğaldan azad edilmiş ərazilərdə işə başlayacaqlar” - MÜSAHİBƏ

Səfir: “İran şirkətləri işğaldan azad edilmiş ərazilərdə işə başlayacaqlar” - MÜSAHİBƏ“İqtisadiyyat Nazirliyi ilə əlaqəli şəkildə bəzi İran şirkətləri işğaldan azad edilmiş ərazilərdə işə başlamaq üçün hazırlıqlarını yekunlaşdırmaqdadır və tezliklə işə başlayacaqlar”. 

Bu sözləri İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi “Report”a müsahibəsi zamanı deyib.

Həmin müsahibəni təqdim edirik:

- Azərbaycanla İran arasında münasibətlərin səviyyəsini, o cümlədən iqtisadi əlaqələrin durumunu necə qiymətləndirirsiniz?

- Münasibətlərin səviyyəsi çox yüksəkdir. İki ölkə prezidentlərinin Türkmənistanın paytaxtı Aşqabadda iki dəfə səmimi görüşü olub. Azərbaycan və İranın siyasi, o cümlədən hərbi-təhlükəsizlik, eləcə də iqtisadi sahəyə məsul olan digər rəsmi şəxslərinin də mütəmadi görüşləri arasında dostluq və qardaşlıq münasibətlərinin genişlənməsindən xəbər verir. Bu ilin yanvar-avqust aylarında iki ölkə arasında ticarət dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 23%-dən çox artıb.

- Bir qədər əvvəl İran ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan MR arasında yeni kommunikasiya bağlantısının yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb. Bu məqsədə nail olmaq üçün dörd körpünün, o cümlədən Araz çayı üzərində iki avtomobil körpüsünün (piyada keçidi ilə) və iki dəmir yolu körpüsünün, rabitə və enerji təchizatı infrastrukturunun tikintisi nəzərdə tutulub. Bu işlər hansı mərhələdədir?

- Bildiyiniz kimi, ötən 30 il ərzində - Azərbaycanın müstəqilliyinin ilk dövrlərindən başlayaraq İran mehriban qonşuluq, qardaşlıq, mədəni və dini ortaqlıq ruhuna ehtiram əsasında, azərbaycanlı bacı və qardaşlarına dəstək olaraq, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında öz ərazisindən keçməklə əlaqələrin yaradılması üçün münasib şərait yaradıb, bu marşrut Azərbaycan vətəndaşlarının gediş-gəlişi üçün həmişə ən təhlükəsiz, ən əlverişli quru marşrut hesab edilib.

İkitərəfli nəqliyyat əməkdaşlığının inkişaf etdirilməsi məqsədilə bu ilin martında, ikitərəfli əlaqələrin 30 illiyində, Dövlətlərarası Birgə İqtisadi Komissiyasının 15-ci iclası İran ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan MR arasında yeni kommunikasiya bağlantısının yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb. Daha sonra dəqiq nöqtənin müəyyən edilməsi və hazırlıq işlərinin aparılması üçün texniki işçi qrupları yaradılıb.