Hindistan kosmosa humanoid robot göndərməyi planlaşdırır
texnologiya
Dünən, 10:46
6

“Report” xəbər verir ki, bu barədə Hindistan Kosmik Tədqiqatlar Təşkilatının (ISRO) rəhbəri V. R. Narayanan bildirib.
“Dekabrda insanabənzər robotun iştirak etdiyi missiya olacaq", - o deyib.
Vyommitra adlı bir humanoid robot (sanskrit dilindən Vyoma - kosmos, Mitra - dost) qadın görünüşü ilə kapsulda avtonom uçuş aparmaq üçün xüsusi olaraq hazırlanıb. Ehtimal olunur ki, robot kosmik şəraitdə gəminin bütün əsas sistemlərini - həyatı təmin edən sistemlərdən tutmuş uçuşu idarəetmə sistemlərinə qədər işini yoxlayacaq.
"Əgər missiya uğurlu olsa, biz gələn il daha iki pilotsuz missiya həyata keçirəcəyik. Bütün sınaqlar başa çatdıqdan sonra baş nazir Narendra Modinin elan etdiyi əsas pilotlu missiya "Qaqanyan" 2027-ci ilin martında işə salınacaq", - ISRO rəhbəri bildirib.
2018-ci ilin avqustunda Hindistanın Baş naziri Narendra Modi ölkəsinin ilk milli kosmik ekipajını orbitə göndərəcəyini rəsmən elan edib. Onun dörd üzvü artıq Rusiyada təlim keçiblər və hazırda Hindistanda təlimlərini davam etdirirlər. Layihənin adı "Qaqanyaan" (sanskritcə "Qagana" sözündəndir, cənnət deməkdir) "səmavi gəmi" deməkdir.