Vens və Rubio Ukrayna ilə bağlı aralarında fikir ayrılığı olduğuna dair şayiələrə cavab veriblər
Sosial
26-11-2025, 09:25
10
"Report"un məlumatına görə, Rubio bu barədə "X" sosial şəbəkəsində açıqlama yayıb.
Həmkarlar arasında ixtilaf barədə xəbəri NBC telekanalı yayıb. Məlumatda deyilirdi ki, vitse-prezident Kiyevə təzyiqin artırılmasını, Rubio isə Moskvaya təzyiqin gücləndirilməsini zəruri hesab edir.
Dövlət katibi məqaləni uydurma adlandırıb. "Bu dərc edilən material Ukraynadakı müharibənin necə bitirilməsi ilə bağlı Tramp administrasiyasında guya fikir ayrılığı olduğuna dair tamamilə saxta xəbərlərin uzun silsiləsindən sadəcə daha bir nümunədir", – deyə o yazıb.
Vens Rubionun sözlərini dəstəkləyərək medianı Trampın planlarını pozmaq məqsədilə yalan yaymaqda ittiham edib.
