Portuqaliyanın BMT-dəki səfiri: Azərbaycan xalçalarına heyran qaldım
Sosial
25-11-2025, 10:31
13
Bunu "Report"un ABŞ bürosuna açıqlamasında "Azərbaycan Xalçalarının İkinci Həyatı" sərgisində iştirak edən Portuqaliyanın BMT-dəki daimi nümayəndəsi, səfir Rui Vinhans deyib. O, Azərbaycanın BMT-də təqdim etdiyi layihəsini yüksək qiymətləndirib.
Səfir bildirib ki, təşəbbüs çox gözəl, unikal və BMT-də adətən nümayiş olunan sərgilərdən çox fərqlidir: "Layihə Azərbaycan xalqının ruhunu gözəl nümayiş etdirir. Bu təşəbbüsə görə Azərbaycan səfirini təbrik etdim. Çox gözəl və unikal Azərbaycan xalçalarına heyran qaldım",- deyə Vinhans vurğulayıb.
O, əlavə edib ki, Azərbaycanın həyat və mədəniyyətinin müxtəlif aspektlərini əks etdirən xalçalar insanın hisslərinə dərindən toxunur.
