KİV: ABŞ və Ukrayna bu həftə Zelenskinin Vaşinqtona səfərini müzakirə edirlər
Sosial
24-11-2025, 09:55
12
"Report"un məlumatına görə, bu barədə "CBS News" mənbələrə istinadən xəbər yayıb.
Mənbələrin məlumatına görə, Zelenskinin ABŞ-yə yeni səfəri Prezident Donald Trampın bu il 27 noyabrda qeyd olunacaq Şükranlıq günündən əvvəl Rusiya-Ukrayna müharibəsinin həlli üçün razılığa gəlmək səylərinin bir hissəsi kimi baş tuta bilər.
Eyni zamanda, telekanalın mənbələri yeni səfərin mümkünlüyünün Cenevrədə keçirilən ABŞ-Ukrayna danışıqlarının nəticəsindən asılı olacağını vurğulayıblar.
