ABŞ Serbiyanın ən böyük enerji şirkətinə qarşı sanksiyalar tətbiq edəcək
Sosial
26-09-2025, 10:00
10

"Report"un məlumatına görə, bunu Serbiya prezidenti Aleksandr Vuçiç Nyu-Yorkda jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu, Serbiya iqtisadiyyatı və enerji sektoru üçün ciddi çətinliklər yaradacaq.
"Xəbər adlandırdığımız məlumatı xoş adlandıra bilmərəm, amma gözlənilən idi. Amerikalılar sanksiyaların tətbiqini cəmi dörd gün gecikdirdilər. Sentyabrın 27-dən oktyabrın 1-nə qədər. Oktyabrın 1-dən etibarən NIS-ə qarşı sanksiyalar tətbiq olunacaq", - deyə o bildirib.
Vuçiç vurğulayıb ki, Belqrad ABŞ, Qərb və Rusiya arasındakı qarşıdurmada ziyan görəcək: "Çünki şirkətin əsas səhmdarı Rusiyadır".